Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 804 nəfərə çatıb, 20 nəfər həyatını itirib
02.04.2020 [12:45] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxanların sayı 804 nəfərə çatıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində 135 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 20 nəfərə çatıb, 13 nəfərin isə müalicəsi uğurla başa çatdırılıb.
Qeyd edək ki, aprelin 24-dək ölkədə bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed