Şrift:
PKK terror təşkilatı İran-Türkiyə qaz kəmərində baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb
02.04.2020 [14:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
PKK terror təşkilatı İran qazını Türkiyəyə nəql edən kəmərdə baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.



Bu barədə bəyanat yayan qruplaşmanın "Xalq Müdafiə Qüvvələri" adlandırılan hərbi qolu partlayışın Səma Köçər adlı qadın üzvü tərəfindən həyata keçirildiyini bildirib.



Qruplaşma bildirib ki, həmin qadın ərazidə növbə çəkən türk əsgərlərə hücum edib və daha sonra özünü partladıb. Terror təşkilatı həyata keçirilən bu kamikadze hücumu nəticəsində bir neçə türk əsgərin öldüyü və yaralandığını iddia edib.



Xatırladaq ki, bir neçə gün öncə sözügedən qaz kəmərinin Türkiyənin İranla həmsərhəd bölgəsindən keçən hissəsində güclü partlayış baş vermişdi. Kəmər bundan öncə də dəfələrlə PKK terror təşkilatı tərəfindən partladılıb.



Türkiyə mediasının yaydığı məlumatda partlayış nəticəsində ölən və yaralananın olmadığı bildirilirdi.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed