Şrift:
Zəncanda 22 tarixi və mədəni əsər ölkənin milli siyahısına alınıb
02.04.2020 [15:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən il (İranda yeni il Novruz bayramında başlayır) Güney Azərbaycanın Zəncan Əyalətində 22 tarixi, təbii və mədəni əsər ölkənin milli siyahısına alınıb.



Bu barədə Zəncan Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi Əmir Ərcümənd jurnalistlərə məlumat verib.



“Hal-hazırda Zəncan Əyalətində toplam olaraq 847 əsər siyahıya alınıb. Onların arasında tarixi, mədəni və təbii əsərlər var.”-deyə o bildirib.



Əmir Ərcümənd vurğulayıb ki, ölkənin milli siyahısına alınan əsərlər Turizm, Əl İşləri və Mədəni İrs Nazirliyinin qanunları əsasında qorunub saxlanılır. Ona görə də kimsə bu əsərlərə ziyan verərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq.



Qeyd edək ki, ötən il ölkənin milli siyahısında qeyd olunan Zəncan Əyalətinə aid əsərlərin arasında “Ala dağlar”, Gəlabər kəndinin dulusçuluk sənəti, Gəlabər kəndinin təndir qoymaq bacarığı, Pəştuk kəndinin 400 illik qoz ağacı və müxtəlif tarixi dövrlərə aid digər əsərlər mövcuddur.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed