Şrift:
Duterte karantin rejimi zamanı qanunu pozanlara atəş açmağı əmr edib
02.04.2020 [16:40] - Xəbərlər, Sosial
Filippin Prezidenti Rodriqo Duterte koronavirusun yayılması fonunda ölkədə elan edilən karantin rejimi zamanı polisə və Silahlı Qüvvələrə sülhü və asayişi pozacaq etirazçılara atəş açmaq barədə göstəriş verib.

“Philippine Star” qəzeti xəbər verir ki, müvafiq göstəriş Keson-Siti şəhərində əhalinin kasıb təbəqəsindən ibarət 100-ə yaxın şəxsin yerli hakimiyyətdən ərzaq və digər yardım tələbi ilə etiraz aksiyası təşkil etməsindən sonra verilib. Aksiyanın 20 iştirakçısı saxlanılıb.

Qeyd edək ki, Filippində yeni koronavirusa yoluxanların sayı 2,3 mini keçib, 96 nəfər isə həyatını itirib.

Bir qədər əvvəl ölkə hökuməti 18 milyon kasıb ailəyə paylamaq üçün 200 milyard peso (3,9 milyard dollar) ayırıb. Bu vəsaitdən hər ailəyə ayda 98 dollar veriləcək.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed