Şrift:
Son 12 saat ərzində Özbəkistanda koronavirusa yoluxanların sayı 15 nəfər artıb
03.04.2020 [10:02] - Gündəm, Türk dünyası-Turan
Son 12 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 15 nəfər artaraq 205-ə çatıb.

Özbəkistanın Səhiyyə Nazirliyi xəbər verir ki, indiyədək koronavirusdan 25 xəstə tam sağalıb və reabilitasiya mərkəzinə göndərilib, 10 xəstənin vəziyyəti yaxşılaşır, 2 adam ölüb.

Xatırladırıq ki, Özbəkistanda aprelin 1-dən COVID-19 koronavirus təhlükəsi ilə bağlı Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə yaşı 65-dən yuxarı olan insanlar özünütəcrid rejiminə keçib. Onlar yalnız yaşadıqları məhəllədən zəruri ərzaq və dərman vasitələri almaq üçün küçəyə çıxa bilərlər.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed