Şrift:
Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb
03.04.2020 [10:07] - Gündəm, Sağlıq
Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Bu barədə Qırğız Respublikasının virusun yayılmasının qarşısının alınması qərargahı məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, məlumatda 61 yaşlı pasiyentin öldüyü bildirilir. Qeyd edilir ki, xəstə xaricdən gəlib və stasionar nəzarətdə olub. Onda COVID-19 infeksiyası ilə yanaşı, digər ciddi xəstəliklər də olub. Qərargahın son məlumatına görə, ötən gün ölkədə koronavirusa 9 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 125 nəfərdir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed