Şrift:
Urmiyada koronavirusa yoluxmuş uşaq dünyaya gəlib
03.04.2020 [15:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiya şəhərində dünyaya gələn uşaqda koronavirus infeksiyası aşkarlanıb.



Bu haqda məlumat verən Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə deyib ki, uşağın anası koronavirus infeksiyası daşıyıcısı idi.



O əlavə edib ki, bu “dünyada çox nadir görünən bir hadisədədir”.



Ağazadənin sözlərinə görə, körpədən koronavirusa görə götürülən hər iki testin cavabı pozitiv çıxıb.



O həmçinin qeyd edib ki, ana və körpənin səhhəti qənaətbəxşdir və onların müalicə prosesi davam edir.



Qeyd edək ki, bir neçə gün öncə də İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində koronavirusa yoluxmuş körpə dünyaya gəlmişdi.



İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayı 5051 nəfərə çatıb. İnfeksiyadan ölənlərin sayı isə 577 nəfər olub.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed