Şrift:
İranın Qərbi Azərbaycan əyalətində 4,2 bal gücündə zəlzələ olub
03.04.2020 [16:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ olub.



İranın “İsna” agentliyinin ölkənin Seysmoloji Mərkəzinə istinadən yaydığı məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla günorta saat 14:12 radələrində Xoyun yaxınlığında yerləşən Zərabad məntəqəsinin 15 kilometrliyində, yerin 22 kilometr dərinliyində qeydə alınıb.



Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed