Şrift:
Litvada da koronavirusa yoluxanların sayı artır
04.04.2020 [11:03] - Gündəm, Sosial
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfər artaraq 696-ya çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 432 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2809 nəfərdən 47-nin analizinin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 9 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed