Şrift:
Qırğızıstanda koronavirusa yoluxanların sayı 14 nəfər artıb
04.04.2020 [15:17] - Gündəm, Sosial
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 14 nəfər artaraq 144-ə çatıb.

Bunu Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Kasımbek Mambetov Bişkekdə keçirdiyi brifinqdə deyib. O bildirib ki, son 24 saat ərzində koronavirusa ən çox Cəlalabad vilayətində yoluxma halı qeydə alınıb - 6 nəfər. İndiyədək koronavirusa tutulan 9 xəstə sağalaraq evə buraxılıb, 4 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsindədir, bir xəstə ölüb.

Ölkədə 9 tibb işçisi koronavirusa yoluxub və onlar da digər xəstələr kimi müalicəni davam etdirirlər. Hazırda ölkədə karantində 2 minə yaxın insan var.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed