Şrift:
İranın Nəsimşəhr şəhərinin imam cüməsi koronavirusdan ölüb
04.04.2020 [15:32] - Güney Azərbaycan xəbərləri
Tehran əyalətinin Nəsimşəhr (Əkbərabad) şəhərinin imam cüməsi axund Hacı Şeyx Əhməd Möhsünzadə koronavirusdan ölüb.



Yayılan məlumatlara əsasən, “Covid-19” infeksiyasına yoluxduğu üçün iki gündən bu yana həkimlərin nəzarəti altında saxlanılan 66 yaşlı axund Möhsünzadə bu gün sübh saatlarında müalicə aldığı xəstəxanada keçinib.



Axundun hansı şəhər xəstəxanasında ölməsi barədə hər hansı bir məlumat yayılmayıb.



İrandakı bəzi hökumət saytları axundun ürək çatışmazlığından öldüyünü yazsalar da, İranın tibb mərkəzlərindəki mənbələr onun koronavirusdan öldüyünü bildirirlər.



Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb.


Ötən 24 saat ərzində İranda daha 158 nəfərin infeksiyadan öldüyünü bildirən Cahanpur deyib ki, ölkədə bu günə qədər virusdan ölənlərin ümumi sayı 3452 nəfərə, yoluxanların sayı isə 55743 nəfərə yüksəlib.



İranın tibb mərkəzlərindəki mənbələr gündəlik açıqlanan rəsmi statistikanı rədd edərək, ölkədə “Covid-19” infeksiyasından ölənlərin və virusa yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed