Şrift:
Fransada 70 minə yaxın insan COVID-19 virusuna yoluxub
05.04.2020 [10:59] - Gündəm, Sosial
Fransada COVID-19 virusu daşıyıcılarının sayı 68 605-ə çatıb. Ötən 24 saat ərzində koronovirusdan 441 ölüm faktı qeydə alınıb. Koronavirus epidemiyası başlayandan bu günə qədər ölənlərin sayı 7 560-a çatıb.

Bu haqda Səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib.

Bildirilib ki, reanimasiya şöbələrinə 6 838 xəstə yerləşdirilib ki, bunlardan 502 son bir gündə xəstəxanaya gətirilib. 15 438 xəstə sağalaraq evə buraxılıb. Bir gün ərzində 4 267 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, Avropada COVID-19 virusuna 627 203 yoluxma rəsmi olaraq qeydə alınıb. COVID-19 pandemiyasının öldürdüyü 46 033 insanın 85 faizi İtaliya, İspaniya, Fransa və Böyük Britaniyanın payına düşür.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed