Şrift:
Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binası yanır
05.04.2020 [11:07] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed