Şrift:
Güney Azərbaycanın Tufarqan şəhər xəstəxanasının rəisi koronavirusdan ölüb
05.04.2020 [18:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərinin Mədəni xəstəxanasının rəisi Mir Abbas Haşimi koronavirusdan ölüb.





Təbriz Tibb Universitetinin mətbuat katibi Camaləddin Hüseyninin verdiyi məlumata görə, “Covid-19” infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün çalışan həkim, özü də virusa yoluxmuşdu.





Haşimi anesteziologiya və reanimasiya ixtisası üzrə mütəxəssis həkim idi.





Hüseyninin dediyinə görə, doktor Haşimi bir neçə gün xəstəlikdən əziyyət çəkdikdən sonra dünən dünyasını dəyişib.





Hüseyni əlavə edib ki, Şərqi Azərbaycanda bu günə qədər 90 nəfər tibb işçisi koronavirus infeksiyasına yoluxub.





İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 5-də mediaya açıqlamasında koronavirus qurbanlarının ümumi sayının 3603 nəfərə, xəstəliyə yoluxanların ümumi sayının isə 58 min 226 nəfərə çatdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed