Şrift:
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib
06.04.2020 [10:51] - Gündəm, Hadisə
Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed