Şrift:
Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 69 nəfər artıb
06.04.2020 [11:21] - Gündəm, Sosial
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 69 nəfər artaraq 216-ya çatıb.

Bunu Qırğızıstan Səhiyyə naziri Sabirjan Abdıkarimov bununla bağlı keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, virusa yeni yoluxanlar karantində olanların hesabına artıb. Sutka ərzində 69 nəfərin bu virusa yoluxması Qırğızıstan üçün böyük rəqəmdir, bununla belə biz əlimizdən gələni edirik ki, virusa yeni yoluxanların sayı azalsın. Nazir bildirib ki, son sutka ərzində ölkədə koronavirusdan daha iki nəfər dünyasını dəyişib və ölənlərin sayı dördə çatıb. Hələ ki, sağalanların sayı 10 nəfərdir, bir çox xəstənin vəziyyəti yaxşılaşır. Ümid edirik ki, onlar da yaxın günlərdə evə buraxılacaq. Nazir vurğulayıb ki, 9 tibb işçisi də koronavirusa yoluxub və onlar müalicəni davam etdirirlər.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed