Şrift:
Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir
06.04.2020 [13:11] - Xəbərlər, Siyasət
Avropa İttifaqında koronavirus epidemiyasının kulminasiyası hələ keçilməyib. Ona görə də bu təhlükə ilə bağlı məhdudiyyətləri ləğv etmək hələ tezdi.

Angela Merkelin dəftərxanasında belə hesab edirlər. Federal kanslerin idarəsində bildiriblər ki, son günlərdə Almaniyada koronavirus infeksiyanın yayılması bir qədər səngidiyinə baxmayaraq, epidemiyanın pik mərhələsinin keçdiyini demək olmaz. Almaniya hökumətinin başçısının dəftərxanasında xəbərdarlıq ediblər: "Virus gizlənib, o mürgüləmir".

İdarədə hesab edirlər ki, məhdudiyyətləri yalnız pandemiyanın iqtisadiyyata zərbəsini yumşaltmaq mülahizələrinə əsasən ləğv etmək olar. Siyasətçilər vurğulayırlar: "Bu, vəziyyətdən çıxış yolu deyil. Əhalinin həyatı iqtisadiyyatdan daha əhəmiyyətlidir".
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed