Şrift:
Bakı şəhər sakininə qarşı quldurluq edən şəxslər tutulublar
06.04.2020 [13:39] - Xəbərlər, Hüquq
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiklərini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed