Şrift:
Özbəkistanda COVID-19 koronavirusa daha 48 nəfər yoluxub
06.04.2020 [14:34] - Gündəm, Sosial
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 48 nəfər artaraq 390 nəfərə çatıb. Səhər saatlarında bu rəqəm 342 olub.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 48 nəfər yeni xəstə karantində olanların hesabına artıb. Məlumata görə, indiyədək bu virusdan 30 nəfər sağalıb, 2 xəstə dünyasını dəyişib.

Martın 6-dan bazar və supermarketlərin girişində alıcıların hərarəti yoxlanır, hərarəti 37-dən yuxarı olanlar içəri buraxılmır.

Xatırladırıq ki, hazırda ölkədə stasionar və ev şəraitində karantində olanların sayı 100 min nəfərdən çoxdur.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed