Şrift:
Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub
07.04.2020 [11:03] - Gündəm, Sağlıq
Aprelin 7-nə olan məlumata görə, Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub. Martın 3-də bu rəqəm 9 olub.

Bunu Qırğızıstanın Səhiyyə naziri Sabirjan Abdıkarimov bu gün Bişkekdə keçirdiyi brifinqdə deyib. O deyib ki, yeddi həkim son sutka ərzində bu virusa yoluxub və onlar da digər xəstələr kimi xəstəxanalarda müalicə alırlar.

Nazir deyib ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 12 nəfər artaraq 128-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed