Şrift:
Ərdəbil Bələdiyyə İdarəsi məişət tullantılarının harada və necə dəfn olunması ilə bağlı məsuliyyət daşıyır
07.04.2020 [12:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gündür Ərdəbil şəhərində tibbi və məişət tullantılarının münasib yerdə dəfn olunmadığı barədə müxtəlif məlumatlar yayılır.



Məsələyə münasibət bildirən Ərdəbil Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Səid Şəhənd tullantıların düzgün zərərsizlədirilərək dəfn olunmadığı barədə xəbərdarlıq edib.



“Məişət tullantılarının dəfn olunduğu yerə baxış keçirilib. Tullantıların düzgün zərərsizləşdirilməməsi və münasib yerdə dəfn olunmaması barədə bizdə kifayət qədər məlumat var. Ətraf Mühitin Mühafizəsi İdarəsi bu kimi işləri hər zaman diqqət mərkəzində saxlayır.”- deyə o bildirib.



Ərdəbil Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi əlavə edib ki, Ərdəbil Şəhər Şurasının rəisi, Ərdəbil Şəhər İcra Hakimiyyətinin başçısı və bələdiyyə başçısının iştirakı ilə şəhərdə bütün növ tullantıların zərərsizləşdirilməsi ilə bağlı yaradılan işçi qrupunun iclası keçirilib. Həmin iclasda bu məsələ gündəmə gətirilib. Bələdiyyə İdarəsi tibbi tulantıların dəfni ilə bağlı olan bütün problemləri müəyyən zaman içində aradan qaldırmalıdır.



Qeyd edək ki, bölgədə koronavirus infeksiyası yayıldığı günlərdə bütün növ tullantılar, o cümlədən tibbi tullantıların düzgün zərərsizləşdirilmədən şəhərə yaxın yerlərdə dəfn edilməsi böyük nigaranlığa səbəb olub. Ərdəbil əhalisi bu vəziyyətə etiraz edərək dəfələrlə səlahiyyətli orqanlara müraciət edib.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed