Şrift:
Afrikada koronavirusa yoluxanların sayı 10 mini keçdi
07.04.2020 [16:13] - Gündəm, Sosial
Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb.


“Ahaber” xəbər verir ki, məlumatı Afrika İttifaqı Xəstəliyə nəzarət və profilaktika mərkəzi yayıb.



Bildirilib ki, son sutkada virusdan ölənlərin sayı 73 nəfər artaraq 487-yə çatıb.



Məlumata görə, ötən sutkada daha 1 000 yeni yoluxma faktı qeydə alınıb.



İndiyədək Afrikanın 43 ölkəsi sərhədlərini tamamilə, 7 ölkə isə beynəlxalq hava nəqliyyatını bağlayıb.



Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.



Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 352 000-i ötüb. Bunların 287 699 nəfəri sağalıb, 75 300 nəfəri isə ölüb.



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed