Şrift:
“Kapital Bank”dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə
08.04.2020 [11:58] - Xəbərlər, Siyasət
Bildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən “Kapital Bank”ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün xüsusi şərtlər tətbiq edilir.

Belə ki, aprelin 8-dən “Kapital Bank”ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya “Azərpoçt”un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. Tranzaksiyalar üzrə bütün xərclər “Kapital Bank” tərəfindən ödənilir.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. “Kapital Bank”-ın bütün bankomatlarında hər gün müvafiq dezenfeksiya işləri aparılır. Həmçinin ölkə üzrə “Kapital Bank”ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyondan çox ödəniş kartı var. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. “Kapital Bank”ın ölkə üzrə 800-dək bankomatı, 10 minədək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed