Şrift:
İranlı deputat: “Koronavirusa yoluxmuş deputatların sayı 50-ə qədər yüksələ bilər”
08.04.2020 [12:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmmədrza Tabeş aprelin 7-də jurnalistlərə açıqlamasında koronavirusa yoluxmuş deputatların sayının artmasından xəbər verib.



Tabeş deyib ki, son günlər İran parlamentinin deputatlarından yenidən test analizləri götürülüb: “Təəssüflər olsun ki, test analizlərinin nəticələrinə görə koronavirus pandemiyasına yoluxmuş deputatların sayı 50-ə qədər yüksələ bilər” -deyə, İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmmədrza Tabeş əlavə edib.



Həmin gün, parlamentin rəyasət heyətinin digər üzvü Əmirhüseyn Qazizadə Haşimi parlamentdə etdiyi çıxışında deyib ki, test analizlərinin nəticələrinə görə daha 11 iranlı deputatın “Covid-19” infeksiyasına yoluxması təsdiq edilib.



Xatırladaq ki, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi martın 31-də mediaya açıqlamasında 23 deputatın koronavirusa yoluxmasını təsdiq etmişdi.


O, 100 deputatdan “Covid-19” infeksiyası ilə bağlı test analizlərinin götürüldüyünü bildirmişdi: “Təəssüflər olsun ki, artıq 23 deputatın test analizləri müsbət çıxıb. Hazırda 40 deputat da koronavirus daşıyıcısı olmaqda şübhəli bilinir” – deyə, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi əlavə etmişdi.
Bu xəbər oxucular tərəfindən 137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed