Şrift:
Norveç COVİD-19 virusu ilə bağlı qadağaları yumşaltmağa hazırlaşır
08.04.2020 [15:28] - Xəbərlər, Sosial
Norveç COVİD-19 virusunun yayılmasını məhdudlaşdırmaq məqsədilə tətbiq edilmiş tədbirləri yumşaltmağa başlayır.

Norveç mətbuatı xəbər verir ki, hökumətin qərarına əsasən, aprelin 27-dən etibarən ölkə ərazisində məktəblər, universitetlər və kolleclər yenidən adi rejimdə fəaliyyətə başlayacaq. Bərbər və gözəllik salonları kimi fərdi xidmətlər göstərən qurumlar da öz növbəsində tədricən əvvəlki iş rejiminə qayıda bilər. İnsanların digər ölkələrə getməsi məsləhət görülməsə də, hökumət aprelin 20-dən başlayaraq norveçlilərə belə səfərlər etməyə icazə verəcək. Bununla belə, böyük idman və mədəniyyət tədbirlərinin keçirilməsinə qoyulmuş mövcud məhdudiyyətlər hələ bir neçə ay davam edəcək.

Norveçin Baş naziri Erna Sulberqin sözlərinə görə, ölkə virusun yayılması ilə bağlı vəziyyəti nəzarətə götürə bilib. “İndi əas məqsəd bu nəzarəti qoruyub saxlamaqdır”, - deyə o bildirib.

Son rəsmi məlumatlara görə, Norveçdə 5863 COVİD-19 daşıyıcısı qeydə alınıb, 69 nəfər isə həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed