Şrift:
Türkiyə koronavirusla mübarizədə Bosniya və Herseqovinaya yardım edəcək
08.04.2020 [17:43] - Gündəm, Sosial
Türkiyə koronavirusla mübarizədə Bosniya və Herseqovinaya tibbi, mütəxəssis və ilk yardım məhsulları ilə kömək edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu bunları Bosniya və Herseqovinalı həmkarı Bisera Turkoviç ilə telefon danışığı zamanı deyib. Türkiyə bu istiqamətdə Bosniya və Herseqovinaya yardım edən ilk ölkədir.
Bu günə ölkədə 777 yoluxma, 33 ölüm halı qeydə alınıb. Virusla mübarizə çərçivəsində hökumət fövqəladə hal və axşam 8-dən səhər 5-dək komendant saatı tətbiq edib. Ölkədə, həmçinin sərhədlər bağlanıb, məktəb və bağçalar, idman zalları bağlanıb, bütün kütləvi tədbirlər təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed