Şrift:
Pərdis rayon bələdiyyəsinin sədri maliyyə fırıldaqçılığı ittihamı ilə həbs edilib
09.04.2020 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Pərdis rayon bələdiyyəsinin sədri Kuruş Qolriz və bir neçə əməkdaşı maliyyə fırıldaqçılığı faktlarına görə həbs edilib.



Yayılan məlumatlara əsasən, onlar bir neçə il bundan öncə həyata keçirdikləri maliyyə fırıldaqçılığı və digər dövlət vəsaitlərini mənimsəmə faktlarına görə həbs ediliblər. Bu günə qədər cinayət işi üzrə bələdiyyənin 10 işçisinin saxlandığı deyilir.



Xatırladaq ki, fevral ayında Pərdis bələdiyyəsinin bir neçə əməkdaşı, mart ayında isə sabiq sədri oxşar ittihamla saxlanmışdı.



Saxlanılanların hamısının yalnız 1 cinayət işi üzə istintaqa cəlb edildikləri deyilir.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed