Şrift:
Dövlət Taxıl Fondu buğda tədarükü elan edir
08.10.2012 [11:48] - İqtisadiyyat
FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.

Davam.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin oktyabr ayının 6-dan noyabr ayının 15-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 320 AZN olmaqla bəzi müəssisələrə buğda tədarükü etməyi tapşırıb.

Bu istiqamətdə “Abşeron Taxıl MMC”, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen”, “FATOĞLU”, N.Quliyev adına Bakı-Taxıl, “Araz ASC” “Aveta”, “EL” KM və “Neon” firması Dövlət Taxıl Fondunun təyin etdiyi keyfiyyət göstəricilərinə cavab verən buğda istehsal edəcək.

İstehsal zamanı dənin naturası, alaq otları, dən qarışığı, nəmlik, yapışqanlıq, şüşəvarilik və digər göstəricilərin nəzərə alınmalı olduğu qeyd olunub.

Qeyd edək ki, Dövlət Taxıl Fondu bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulunun qəbul edilməyəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed