Şrift:
Qazaxıstan üzrə koronavirusa yoluxanların sayı 764-ə çatıb
09.04.2020 [16:43] - Gündəm, Sosial
Qazaxıstanda koronavirusa 764 nəfər yoluxub. Son sutka ərzində daha 5 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.

Almatıda bu gün üç nəfər koronavirusdan sağalıb.

Beləliklə, Qazaxıstanda COVID-19-dan sağalanların ümumi sayı 58-ə çatıb və yeddi nəfər dünyasını dəyişib.

Bundan başqa Qazaxıstanda 120 tibb işçisi koronavirusa yoluxub, onlardan biri ağır vəziyyətdədir.
Bu xəbər oxucular tərəfindən 183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed