Şrift:
Koronavirus meşələrdə yaşayan qəbilələrə yayıldı
09.04.2020 [18:58] - Xəbərlər, Siyasət
Braziliyada yerli xalqların nümayəndələri arasında ən azı 7 yoluxma faktı var.



“Euronews” xəbər verir ki, ölkə rəsmiləri Amazon meşələrində yaşayan yerli yanomama qəbiləsinin nümayəndəsində koronavirusa yoluxma faktının aşkarlandığını açıqlayıb.



Məlumata görə, ilk yoluxma halı kokoma qəbiləsinin üzvü olan 20 yaşlı qadında qeydə alınıb.



Xarici dünya ilə sıx təmasda olmayan qəbilələrin böyük təhlükə altında olduğu vurğulanır.



Qeyd edək ki, Braziliya özündə 300 fərqli etnosu və 800 min aborigeni birləşdirir.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed