Şrift:
Qırğızıstanda koronavirusa yoluxanların sayı 298 nəfərə çatıb
10.04.2020 [11:20] - Gündəm, Sağlıq
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 18 nəfər artaraq 298-ə çatıb.

Bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O, bildirib ki, yeni virusa yoluxanların 11-i kişi, 7-si qadındır. Yeni koronavirusa yoluxanların sayı da karantində olanların hesabına artıb.

Nazir müavini deyib ki, indiyədək 30 xəstə sağalıb və evə yazılıb, 4 nəfər dünyasını dəyişib, tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 34 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed