Şrift:
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 42 nəfər yoluxub
10.04.2020 [11:23] - Gündəm, Sağlıq
Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 42 nəfər artaraq 624-ə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son məlumata görə ölkədə koronavirusdan 38 nəfər sağalıb, 3 nəfər dünyasını dəyişib.

Xatırladırıq ki, ilk dəfə koronavirus martın 15-də Fransadan Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar edilib.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 88 min adam var.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed