Şrift:
Türkiyədə təhlükəli terrorçu tutulub
10.04.2020 [12:59] - Xəbərlər, Hərb
Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində polisin şübhəli hesab etdiyi avtomobildə Hayri Mava ləqəbli təhlükəli PKK terrorçusu Mahmut Okay tutulub.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, yaralı halda tutulan təhlükəli terrorçu axtarışda olub. Onun tutulması üçün 1 milyon Türkiyə lirəsi (təxminən 150 min ABŞ dolları) ayrılmışdı. Terrorçuya yardım etməkdə şübhəli bilinən başqa bir nəfər də saxlanılıb.

Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalındakı Haftanin bölgəsində daha iki PKK mənsubu məhv edilib.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed