Şrift:
Gürcüstanda koronavirusa yoluxanların sayı 230 nəfər oldu
10.04.2020 [13:01] - Gündəm, Sosial
Gürcüstanda koronavirusa yoluxanların sayı yenə də artıb.

Bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, aprelin 10-da səhər saatlarına olan məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 230 nəfərə çatıb.

Bundan başqa, Gürcüstanda 4829 nəfər karantində, 410 nəfər stasionar nəzarətdədir.

Məlumatda qeyd olunur ki, koronavirusa yoluxmuş 52 nəfər müalicə olunub, 3 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed