Şrift:
İranda daha 122 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 4232 nəfərə yüksəlib
10.04.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 122 nəfər “Covid-19” infeksiyasından ölüb, 1972 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 10-da mediaya açıqlamasında koronavirus pandemiyası qurbanlarının yeni statistikasını yayarkən məlumat verib.



Cahanpur bildirib ki, son bir sutka ərzində İranda daha 122 nəfərin ölməsi ilə, koronavirusdan ölənlərin ümumi sayı 44232 nəfərə çatıb: “Həmçinin xəstəliyə yoluxanların sayı da 68 min 192 nəfərə yüksəlib.



Xoşbəxtlikdən koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq, 35 min 465 nəfəri ötüb.



Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3969 nəfərinin durumu ağırdır və həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed