Şrift:
Dünyada koronavirusdan ölənlərin sayı 100 mini ötüb
11.04.2020 [10:34] - Gündəm, Siyasət
Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 100 min nəfəri ötüb.

Bu barədə ABŞ-ın Cons Hopkis Universiteti məlumat yayıb. COVID-19 xəstəliyi ilə bağlı məxsusi statistika aparan universitetin aprelin 10-na olan məlumatına görə, koronavirusa 1 milyon 650 mindən çox insan yoluxub, 100 min 376 nəfər ölüb, 368 mindən artıq insan isə sağalıb.

Ən çox yolxma halı ABŞ-da qeydə alınıb: 470 min nəfər. Bu xəstəlikldən həyatını itirənlərin sayının 17 min 836 nəfərə çatdığı Birləşmiş Ştatlar indiyədək ən çox ölüm faktının qeydə alındığı İtaliyaya yaxınlaşır.
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed