Şrift:
Xaricdə yaşayan 6 ukraynalı koronovirusdan ölüb
11.04.2020 [11:14] - Gündəm, Sağlıq
Xaricdə yaşayan 176 ukraynalı koronavirusa yoluxub, bunlardan 19-u tam müalicə olunaraq xəstəxananı tərk edib.

Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, xaricdə ukraynalılardan ən çoxu 121-i İtaliyada müalicə alır.

Xarici ölkələrdə koronavirusa yoluxan ukraynalılardan 6-sı həyatını itirib. İndiyə qədər 15 mindən artıq ukraynalı vətənə gətirilib.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed