Şrift:
Ermənilər Macarıstanda Atatürkün büstünü təhqir etdilər - Eksküliziv
08.10.2012 [12:32] - Hadisə
Vandallar Ramil Səfərovun Azərbaycana ekstradisiyasını həzm edə bilmirlər

Milli Ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunaraq əfv edilməsindən sonra əndişəyə düşən dünya erməniləri bu olaya etiraz etmək üçün ən iyrənc üsullara əl atırlar.

Macarıstanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə bu gecə paytaxt Budapeşt şəhərində Türkiyə Cümuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün adına olan parkda böyük öndərin yeni qoyulmuş büstü təhqir edilib. Ermənilər büstün üzərinə qırmızı boya töküblər. Şəkilləri də saytımıza soydaşlarımız göndəriblər.

Ramil Səfərovun ekstradisiyasına görə Macarıstan hökumətinə qarşı çıxan yerli ermənilər paytaxtda Atatürkün büstünün qoyulmasına da etiraz edirdilər.

Ermənilər bəyanatlarında bildiriblər ki, Ramil Səfərovun ekstradisiyasnın ardınca Ataturk parkının açılması və orada büst qoyulması onların qəzəbinə səbəb olub.

Məlumatı verən mənbənin sözlərinə görə artıq macar polisi vandalism aktını törədənlərin axtarışına başlayıb.
Qeyd edək ki, Macarıstanın Kispert Bələdiyyəsi Atatürkün adını daşıyan parkda onun büstünü qoydurub. Atatürkün büstü bu il sentyabrın 29-da açılıb.

Ramil Səfərov məsələsindən sonra Ermənistan rəsmi Budapeştlə diplomatik əlaqələrini kəsib.

M.YAQUBLU
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed