Şrift:
İranda daha 125 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 4357 nəfərə çatıb”
11.04.2020 [14:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 125 nəfər koronavirusdan ölüb,1837 yeni koronavirusa yoluxma faktı aşkarlanaraq təsdiq edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün jurnalistlərə açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən məlumat yayıb.



Cahanpur bildirib ki, son 24 saat ərzində İranda daha 125 nəfərin ölümü ilə, infeksiyadan ölənlərin ümumi sayı 4357 nəfərə yüksəlib: “Koronavirusa yoluxan xəstələrin də sayı artaraq, 70 min 29 nəfərə yüksəlib.



Xoşbəxtlikdən “Covid-19” infeksiyasından sağalıb evə buraxılanların sayı da artaraq, 41 min 947 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3987 nəfərinin sağlamlıq durumu ağır olaraq qalır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed