Şrift:
İranın boks üzrə sabiq Asiya çempionu koronavirusdan ölüb
13.04.2020 [13:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Boks üzrə sabiq İran və Asiya çempionu Məsud Hacırəsuli 70 yaşında koronavirusdan ölüb.



Virusa yoluxduğuna görə bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş idmançı şənbə günü axşam komaya düşdükdən sonra keçinib.



Məsud Hacırəsuli təxminən 49 il öncə Asiya çempionu adını qazandıqdan bir müddət sonra İran çempionu da olmuşdu.



Bədən tərbiyəsi sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş idmançı son illər daha çox bu sahədə təlim-tərbiyə işləri ilə məşğul olurdu.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed