Şrift:
DYP: Ötən gün respublikanın avtomobil yollarında 2204 nəfər cərimələnib
14.04.2020 [10:27] - Xəbərlər, Hüquq
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ərzində respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən bildiriblər ki, tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 13-ü saat 00:00-dan aprelin 14-ü saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed