Şrift:
“Könüllülər ili” ilə əlaqədar yeni virtual tədbir təşkil edilib
14.04.2020 [10:29] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı tərəfindən “Könüllülər ili” ilə əlaqədar yeni virtual tədbir hazırlanıb.

İdarədən bildirilib ki, virtual tədbirin əsası kitabxana filialının kiçik oxucularının könüllü şəkildə koronavirus pandemiyasına qarşı apardığı #evdəqal #təhsildənqalma şüarı altında sərgilədiyi fotolar olub.

Videoçarxda fotoları təqdim olunmuş könüllü kiçik dəstəkçilər təhsili evdə davam etdirərək hər kəsi sağlam olmağa çağırıblar.

Mütaliə edərək daha güclü gələcəyə addımlar atmağın təməli sağlam ruha malik bədən olduğunu fotoları ilə göstərməyə çalışıblar.

Kitabxana filialının əməkdaşları tərəfindən həmin fotolar videoçarx şəklində hazırlanaraq izləyicilərə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed