Şrift:
“Traxtur” komandasına türkiyəli ailədən dəstək
14.04.2020 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türk dünyasında ən çox tərəfdarı olan Güney Azərbaycanın “Traxtur” futbol komandasına dəstək verən soydaşlarımızın sayı gün keçdikcə artır.



Türkiyədə bir ailənin bütün üzvləri geydikləri idman geyimi ilə “Traxtur” komandasına dəstək verdiklərini nümayiş etdiriblər.



Geyimlərin üzərində Azərbaycan və Türkiyə bayraqları, Borqurd işarəsi və “Traxtur” klubunun loqosu öz əksini tapıb.


Ötən günlərdə də Türkiyənin məşhur TV8 kanalının “Survivor” verilişində “Traxtur” klubundan bəhs olunmuşdur. Verilişin aparıcısı Furkan Dede ona “Traxtur” tərəfdarları tərəfindən hədiyyə edilən şərfi (şal) təqdim edərək Azərbaycan komandasının türk dünyasında ən çox tərəfdara malik olduğunu bildirmişdir. Hədiyyə edilən şərfin üzərində “Traxtur”un adı, loqosu və Bozqurd işarəsi dərc olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed