Şrift:
İranda daha 98 nəfər koronavirusdan ölüb, 1574 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb
14.04.2020 [17:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 98 nəfər koronavirusdan ölüb, 1574 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 14-də mediaya açıqlamasında “Covid-19” pandemiyası qurbanlarının yeni statistikasını yayarkən məlumat verib.



Cahanpur deyib ki, ötən bir gün ərzində daha 98 nəfərin xəstəlikdən ölməsi ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 4683 nəfərə yüksəlib: “Həmçinin son bir sutka ərzində daha 1574 yeni “Covid-19” infeksiyasına yoluxma faktının qeydə alınması ilə koronavirusa yoluxanların ümumi sayı 74 min 877 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 48 min 129 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 3691 nəfərinin durumu ağırdır və bu xəstələr reanimasiya şöbələrində saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bildirib.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed