Şrift:
Karantin qaydalarını pozan sərxoş sürücü 15 gün müddətinə həbs olunub
15.04.2020 [12:04] - Gündəm, Hüquq
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətinə həbs edilib.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed