Şrift:
Barak Obama sabiq vitse-prezident Co Baydenin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib
15.04.2020 [13:09] - Xəbərlər, Siyasət
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama özünün keçmiş vitse-prezidenti Co Baydeni sosial şəbəkələrdəki akkauntlarında dərc edilən videomüraciətlə dəstəkləyib.

Obama müraciətində deyib: “Mən Birləşmiş Ştatların prezidenti postuna Co Baydeni dəstəklədiyimə görə fəxr edirəm. Conu öz vitse-prezidentim qismində seçməyim mənim nə vaxtsa qəbul etdiyim ən yaxşı qərarlarımdan biri olub. O mənim yaxın dostuma çevrildi. Hesab edirəm ki, Co prezident vəzifəsi üçün bütün zəruri keyfiyyətlərə sahibdir”. “Twitter”də Obamanın videomüraciəti dərc ediləndən sonra ilk 39 dəqiqə ərzində bir milyondan artıq istifadəçi tərəfindən izlənilib.

Bayden Obamanın müraciətinə reaksiya verərək, öz “Twitter” səhifəsində yazıb ki, o və həyat yoldaşı Cil Bayden sabiq prezidentin dəstəyini yüksək dəyərləndirirlər.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed