Şrift:
Karantin müddətinin yaxın vaxtlarda başa çatması və tədrisin bərpa olunması hələlik müzakirə mövzusu deyil
15.04.2020 [17:57] - Xəbərlər, Siyasət
Sabitləşmənin davam etməsi istiqamətin müsbətə doğru yönəlməsi deməkdir. Lakin karantin müddətinin yaxın vaxtlarda başa çatması və tədrisin bərpa olunması hələlik müzakirə mövzusu deyil.

Bu fikirləri aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O deyib: “Ola bilər ki, Azərbaycanda vəziyyət yaxşı olar. Amma bu, o demək deyil ki, biz karantindən əvvəlki vəziyyətə qayıdaq və dərslər başlansın. Bu, hələ bəlli deyil. Məktəblərin başlanması karantin rejimindən çıxdıqdan sonra mümkündür. Karantin müddətinin yaxın vaxtlarda bitməsi və tədrisin bərpa olunması hələ ki, müzakirə mövzusu deyil”.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed