Şrift:
Litvada koronavirusa yoluxanların sayı 1100-ə yaxınlaşır
16.04.2020 [10:07] - Gündəm, Sağlıq
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 21 nəfər artaraq 1091-a çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 44 min 677 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1987 nəfərdən götürülən analizinin 21-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 30 ölüm faktı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed