Şrift:
Mərənd şəhərinin girişində “Mən Azərbaycanı sevirəm” yazılmış lövhə qaldırılıb
16.04.2020 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın paniranist rejimi koronavirus böhranı günlərində də Azərbaycanın mədəniyyət və kimliyinə dözümsüzlük göstərir, bu istiqmaətdə lazım gördüyü tədbirləri həyata keçirir.



Şərqi Azərbaycanın Mərənd şəhərindən verilən məlumata görə, şəhərin girişində quraşdırılan “Mən Azərbaycanı sevirəm” lövhəsi (I ❤ AZARBAYJAN) hökumət tərəfindən təyin olunmuş yerli məsulların göstərişi ilə yerindən qaldırılıb.



Aprelin 14-də bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. İki gün ərzində çox sayda azərbaycanlı sosial şəbəkə istifadəçisi baş verən hadisəyə öz etirazını bildirib.



Hadisədən bir gün sonra yayılan videoda lövhənin yerindən qaldırıldığı ilə bağlı yayılan xəbər təsdiq edilib. Bildirilir ki, lövhə azərbaycanlı gənclər tərəfindən daha yaxşı yerdə quraşdırılıb. Lakin lövhənin daimi olaraq harada quraşdırılacağı hələlik məlum deyil.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed