Şrift:
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 135 nəfər yoluxub
16.04.2020 [10:41] - Xəbərlər, Türk dünyası-Turan
Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 135 nəfər artıb və 1349-a çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu gün saat 10.00-a olan məlumata görə ölkədə koronavirusdan 107 nəfər sağalıb, dörd xəstə ölüb.

Vurğulanır ki, virusa yeni yoluxan 135 xəstə də karantində olanların hesabına artıb.

Qeyd olunur ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində 80 mindən çox adam var.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed